«Vaqner» qrupu Amerikayada girdi - Qrupun dəstəsi Maduronı qoruyur...

27-01-2019, 09:18           
«Vaqner» qrupu Amerikayada girdi - Qrupun dəstəsi Maduronı qoruyur...
Rusiyanın «Vaqner» özəl hərbi şirkətinin (ÖHŞ) qüvvələri Venesuelanın prezidenti Nikolas Maduronu «müxalifət»in mümkün hücumlarından qorumaq məqsədilə, Karakasa göndərilib.

«Röyter» agentliyinin məlumatına görə, onların sayı təxminən 400 nəfərə yaxındır. Agentliyin iki mənbəyi bildirib ki, «Vaqnerçilər» Venesuelaya son bir neçə gündə uçublar. Üçüncü mənbə də informasiyanı təsdiqləyib, ancaq onların rolu və nə vaxt gəldikləri barədə fikir söyləməyib.

Dördüncü mənbə təsdiqləyir ki, ilk qrup hələ ötən ilin may ayından – ölkədə prezident seçkiləri keçirilən vaxtdan Venesueladadır, ikinci qrup isə yaxınlarda gəlib.

«Ümumrusiya zabitlər yığıncağının» başçısı Yevgeni Şabayevin sözlərinə görə, döyüşçülərin sayı 400 nəfərə yaxındır. Onlar Venesuelaya həftənin əvvəlində uçublar – hələ miqyaslı mitinqlər başlamazdan əvvəl.

«Vaqnerçilər» əvvəlcə çarter reysi ilə Havanaya gəiblər, sonra isə komersiya reysi ilə Venesuelaya giriblər. Şabayev təsdiqləyib ki, muzdlular qarşısında Nikolas Maduronu müxalifətin hücumlarından qorumaq tapşırığı qoylub.
Kremldə isə bildiriblər ki, rusiyalı döyüşçülərin Venesuelaya gəlməsi barədə xəbərsizdirlər.
AzPolitika












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.