KİV: İŞİD-in 40 rəhbəri ABŞ-ın köməyi ilə həbsxanadan qaçırılıb

27-01-2019, 21:13           
KİV: İŞİD-in 40 rəhbəri ABŞ-ın köməyi ilə həbsxanadan qaçırılıb
İŞİD terror qruplaşmasının 40 rəhbəri ABŞ hərbçilərinin köməyi ilə “Taliban”ın Əfqanıstandakı həbsxanasından qaçırılıb.

Bu barədə “Report” “Tasnim” agentliyinə istinadla xəbər verir. Agentliyin mənbəyə istinadən yaydığı xəbərdə bildirilir ki, hadisə ölkənin cənub-qərbində baş verib. Məlumata görə, əməliyyat iki həftə əvvəl keçirilib.

Daha əvvəl bildirilirdi ki, ABŞ və “Taliban” xarici qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı layihəni razılaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru