ABŞ UNO araşdırmaları ilə bağlı 40 il gizli saxlanılan sənədləri yayımladı (FOTOLAR)

28-01-2019, 00:32           
ABŞ UNO araşdırmaları ilə bağlı 40 il gizli saxlanılan sənədləri yayımladı (FOTOLAR)
ABŞ gizli saxlanılan 38 layihə barədə sənədləri ictimaiyyətə açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Pentaqonun təxminən 40 ildir qoruduğu sənədlərdə UNO-larla bağlı araşdırmalar da yer alıb. Layihələr içərisində super silahlar, kosmos motoru və daha bir çox qəribə araşdırmalar mövcuddur.

Sənədlərdə göstərilir ki, ABŞ hökuməti UNO-ları araşdırmaq üçün 22 milyon dollar pul xərcləyib. Açıqlanan məlumatlarda layihələrin detalları tam olaraq göstərilməsə də, bəzi vacib məsələlərə toxunulub.

Layihəlör arasında qabaqcıl silah texnologiyaları tədqiqatları, görünməzlik, nüvə texnologiyası ilə möhkəmləndirilmiş kosmik qazma qurğuları və s. var.

Ötən illərdə ABŞ Müdafiə Nazirliyi 2007 və 2012-ci illərdə UNO tədqiqatları üçün büdcə ayrıldığını açıqılamışdı. Lakin NASA araşdırmalar üçün lazım olan büdcənin haradan təmin edildiyinə dair məlumat verməmişdi. ABŞ Mərkəzi Xəbəralma Təşkilatı (CİA) da ötən aylarda 1950 və 1960-cı illərdə ABŞ-da UNO olduğuna dair məlumatların və gizli təyyarə sınaqlarının həyata keçirildiyini söyləmişdi.

Lakin CİA-nın bəyanatları ictimaiyyəti tam qane etməmiş və çəkilən fotolardakı naməlum obyektlərə məntiqli izah verilməsi tələb olunmuşdu.

Bu hadisələrdən ən məşhuru Rosveldə düşdüyü iddia edilən UNO-dur. Qəzadan sona ABŞ ordusu verdiyi açıqlamada çölün yaxınlığında uçan bir dairənin qalıqlarına rast gəlindiyini bildirmişdi. Bir gün sonra verilən açıqlamada isə qəzaya düşən uçan obyektin əslində ABŞ Hərbi Hava Qüvvələrinə aid bir balon olduğu qeyd olunmuşdu. Sonradan bütün qalıqlar gizli hərbi bazaya aparılmışdı.

Bir-birinə zidd açıqlamalar müxtəlif fərziyyələrin irəli sürülməsinə səbəb olmuşdu.

Rosvel UNO qəzası bu gün də öz mücərrədliyini qoruyur.






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.