ABŞ-a rədd cavabı: Macarıstan bu tələbləri yerinə yetirməyəcək

28-01-2019, 08:16           
ABŞ-a rədd cavabı: Macarıstan bu tələbləri yerinə yetirməyəcək
Macarıstanın baş naziri Viktor Orban Rusiya və Çinə təzyiq göstərilməsi üzrə ABŞ-ın tələblərini yerinə yetirməkdən imtina edib.

Publika.az xəbər verir ki, “Wall Street Journal” nəşrinin yazdığına görə, baş nazr bu haqda Amerika diplomatlarına bildirib.

Qeyd edilir ki, Amerikanın tələbləri xüsusi halda, Çin kibercasusluğuna qarşı durmağı və Rusiyaya zidd olaraq Ukraynanı dəstəkləməyı nəzərdə tuturdu. Ancaq Orban hər iki tələbi yerinə yetirməkdən imtina edib. Onun sözlərinə görə, o istəyir ki, Macarıstan Avstriya kimi neytral olsun.

Nəşr yazır ki, macar baş nazir ABŞ-ın tələblərinin əksinə hərəkət edərək ölkənin informasiya infrastrukturuna Çin investisiyalarını cəlb edir, həmçinin NATO və Kiyev arasında nazirlər səviyyəsində aparılan danışıqlara qarşı çıxır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru