ABŞ "Huawei"yə qarşı rəsmi ittiham irəli sürüb

29-01-2019, 08:00           
ABŞ "Huawei"yə qarşı rəsmi ittiham irəli sürüb
Amerika tərəfi "Huawei" şirkəti və onun maliyyə direktoru Men Vançjouya qarşı rəsmi olaraq ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru vəzifələrini icra edən Metyu Uitakerə istinadən CNN telekanalı məlumat yayıb.

"Bu gün biz telekommunikasiya nəhəngi olan "Huawei" və onun tərəfdaşlarına qarşı təqribən iyirmi ehtimal olunan cinayət üzrə ittiham irəli sürdüyümüzü elan edirik", - deyə məlumatda bildirilir.

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə, "Huawei" "T-Mobile" şirkətinin kommersiya sirlərini oğurlamağa cəhddə və ABŞ-ın İrana qarşı tətbiq etdiyi sankisyaları pozmaqda ittiham olunur.

Bundan əlavə, Maliyyə Nazirliyi "Huawei" şirkətinin maliyyə direktoru Men Vançjouya qarşı da rəsmi ittiham irəli sürüldüyünü elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru