Kömürdən imtinanın Almaniya iqtisadiyyatına zərəri açıqlandı
29-01-2019, 08:09
Almaniya hökuməti Kömür Komissiyasının kömürün yandırılaraq elektrik enerjisi alınmasının 2038-ci ilə qədər dayandırılması ilə bağlı qərarı müsbət qarşılanıb. AzEuroNews.com xəbər verir ki, ancaq qərar Almaniya iqtisadiyyatından yan keçmir.
Belə ki, təxmini hesablamalara görə, kömürlə işləyən elektrik stansiyaların fəaliyyətinin dayandırılması Almaniya iqtisadiyyatına 78,5 milyard avroya başa gələ bilər. Çünki hazırda əhaliyə verilə elektrik enerjisinin 37,5 %-i kömürün yandırılmasından əldə edilir.
Kömürdən imtinandan Almaniyanın ən çox Şimali Reyn Vestfaliya, Bradenburq, Saksoniya Anhelt, Saksoniya əyalətləri təsirə məruz qala bilər.
Bu əyalətlərə dövlət büdcəsindən 40 milyard avro ayrılmalıdır. Bunun təxminən 1,5 milyard avrosu elektrik kabellərinin yenilənməsinə sərf olunmalıdır.
Məlumat üçün bildirək ki, elektrik enerjisinin qiyməti digər Avropa ölkələrindən fərqli olaraq Almaniyada bahadır. Belə ki, hazırda əhali bir kilovat saata görə 30 sent ödəyir. Bu rəqəm şirkət, zavod və s. iaşə obyektlərinə görə dəyişir.