Rusiyadan MÜHÜM ADDIM - Fələstin birləşdirilir

29-01-2019, 09:52           
Rusiyadan MÜHÜM ADDIM - Fələstin birləşdirilir
Rusiya fevral ayında baş tutacaq Fələstin probleminin həllinə dair toplantıya Həmas qruplaşmasını da dəvət edib.

Publika.az xəbər verir ki, bu barədə hərəkat tərəfindən yazılı açıqlama yayılıb.

Açıqlamada dəvətin Rusiya Şərq Araşdırmaları İnstitutundan gəldiyi də qeyd olunub. Hərəkat bildirib ki, Fələstinin parçalanması probleminin sona çatması üçün bu fürsət dəyərləndiriləcək.

Qeyd edək ki, Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl şənbə günü verdiyi informasiyada 11 fevral tarixində Moskvada Fələstin qruplarının iştirakı ilə toplantı keçiriləcəyini demişdi.

Toplantıda Fəth, Fələstin Xalq Qurtuluş cəbhəsi, Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsi, Fələstin Demokratik Birliyi, Fələstin Xalq Mübarizəsi Cəbhəsi və Fələstin Milli Təşəbbüs Hərəkatı iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru