ABŞ kəşfiyyatının rəhbəri:“Çinlə Rusiya bizə qarşı birləşəcək”

30-01-2019, 01:12           
ABŞ kəşfiyyatının rəhbəri:“Çinlə Rusiya bizə qarşı birləşəcək”
“Rusiya ilə Çin birləşərək, Amerikanın həyata keçirdiyi siyasətə qarşı çıxmaq məqsədilə əməkdaşlıq edəcəklər”.

Bunu ABŞ-ın milli kəşfiyyat direktoru Deniel Kouts Senatdakı dinləmələrdə deyib.

“Çinlə Rusiya ABŞ və onun müttəfiqlərinə qarşı genişmiqyaslı iqtisadi, siyasi, əks-kəşfiyyat, hərbi və diplomatik çağırışlar yaradacaqlar. Liberal inkişaf modelinə münasibətdə bir neçə ölkədə artan şübhələrdən yararlanaraq, onlar ABŞ-ın məqsədlərinə müqavimət göstərmək üçün birgə əməkdaşlıq edəcəklər. Çin və Rusiya öz xeyirləri üçün münasib qlobal qayda və standartlar formalaşdırmaqla ABŞ-la digər Qərb ölkələrinə qarşı əks-balansa çevrilmək üçün beynəlxalq təşkilatlar vasitəsilə bir-biri ilə əməkdaşlığı genişləndirir”, – deyə Kouts vurğulayıb/Azvision.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru