Maduro Venesuelada 50 min könüllü xalq dəstələri yaradır

30-01-2019, 08:23           
Maduro Venesuelada 50 min könüllü xalq dəstələri yaradır
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, respublika ərazisində könüllülərdən ibarət 50 min xalq dəstələri yaradılacaq.

“Report” "El Universal" nəşrinə istinadən xəbər verir ki, o bunu hərbçilər qarşısında çıxışı zamanı deyib.

"Bizim aprelin 13-dək iki milyon könüllü toplamaq və ən yaxşı səviyyədə təşkil olunmuş müdafiə bölmələri yaratmaq hədəfimiz var", - deyə o bildirib.

Qeyd olunur ki, həmçinin Maduro ölkə şəhərləri, qəsəbələri, rayonları və kəndlərində 50 mindən çox xalq könüllü dəstələrinin yaradılacağını elan edib.

Daha əvvəl Nikolas Maduro ölkənin müxalifət liderlərini milli dialoqa başlamağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru