Dünyanın gündəmini zəbt edən “Arzuolunmaz turistlər” - Hara gedirlərsə...

30-01-2019, 09:02           
Dünyanın gündəmini zəbt edən “Arzuolunmaz turistlər” - Hara gedirlərsə...
İngiltərəli Doran ailəsi 2 həftəlik Yeni Zelandiya tətili zamanı etdikləri müxtəlif hərəkətlərlə dünyanın mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, getdikləri hər yerdə cəmiyyət qanunlarını pozan 12 nəfərlik ailə ölkədə ”Arzuolunmaz turistlər” elan edilib.

Hətta bələdiyyə sədri canlı efirdə ailəni təhqir edib.

Minlərcə insan onların ölkəni tərk etməsi üçün şikayət edib.

Ailə getdikləri restoran və kafelərdə hesab ödəməmək üçün dava salır, yeməklərindən saç və həşarat çıxdığını iddia edirlər.

Çadır qurduqları dəniz sahilində zibilləri yerə atırlar.

Hətta ailənin ən kiçiyi onu xəbərdar edən yerli sakinə hücum edib.

Medianın marağını çəkən ailə onların şəklini çəkən fotoqrafları təhdid edib. Fotoqraflardan biri fotoaparatını oğurladıqları üçün ailədən şikayət edib.

Ailənin bir üzvü silahlı basqın səbəbi ilə həbs olunub, sonra sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru