İsveçdən “Ailə birləşməsi” ilə bağlı mühüm qərar

31-01-2019, 00:13           
İsveçdən “Ailə birləşməsi” ilə bağlı mühüm qərar
İsveç bəzi qaçqın və miqrantların “Ailə birləşməsi” ilə bağlı prosedurunu asanlaşdıracaq. AzEuroNews.com xəbər verir ki, bu barədə ölkənin Miqrasiya naziri Morqan Johanson açıqlama verib.

Onun sözlərinə görə, son aylar İsveçin 18 yaşın altında xəstə və kimsəsiz uşaqları deportasiya etməsi ilə bağlı xəbərlər çoxalıb. Nazir həmin şəxslərin sığınacaqla bağlı müracitələrinə tez bir zamanda, pozitiv yöndə qərar verilməsi ilə bağlı işlər görüldüyünü diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, İsveç hökuməti hazırda yeni miqrasiya qanunu üzərində iş aparır. Hazırlanan qanunda “Ailə birləşməsi” proseduru ilə bağlı yeniliklər də öz əksini tapıb. Qanunun yaxın günlərdə tamamlanaraq parlamentə təqdim edilməsi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru