Həbs olunan senator Kadırovla düşmən imiş - detallar üzə çıxdı
31-01-2019, 10:08

Bu düşmənçilik Araşukovun tənəzzülünə səbəb olub.
Ötən gün həbs olunan Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukovun ailəsinin Çeçenistanın rəhbəri Ramzan Kadırovla münasibətləri pis olub.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu haqda onlara yaxın olan mənbə bildirir.
Mənbənin iddiasına görə, bir vaxtlar Araşukovun ailəsi Kadırovla birgə "Qafqaz"ın federal yol agentliyini idarə edirmiş.
Daha sonra onların arasında ciddi münaqişə yaşanıb və dostluqları düşmənçiliyə çevrilib. Bu düşmənçilik isə Araşukovun tənəzzülünə səbəb olub.
Rauf Araşukovun atası Raul Araşukovu mətbuatda "qaz kralı" adlandırırlar. O, "Qazprom"un baş direktorunun məsləhətçisidir və Şimali Qafqazda böyük təsirə malikdir. Bu şirkət Çeçenistanda əhalinin 9 milyard rubl borcunu bağışlamayıb.
Qeyd edək ki, ötən gün səhər qaz maqnatı Raul Araşukovun oğlu, Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukovu Federasiya Şurasının iclas zalında həbs ediblər. Onun adı iki qətldə və cinayət qrupunun təşkilatçısı kimi hallanır.
Çərkəzin "Adıq-Has" gənclər hərəkatının başçısı Aslan Jukov 2010-cu ilin martında avtomobilində güllələnib. Ötən ilin sentyabrında isə onu öldürən killer öz ifadəsində qətli 1 milyon rubla (25.800 manat) sifariş verən şəxsin adını çəkib. O şəxs Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov imiş.
Rauf Araşukovu ömürlük həbs gözləyir.