"ABŞ Trampın daha bir prezidentlik müddətinə dözməyə bilər" - Con Kerri

31-01-2019, 12:36           
"ABŞ Trampın daha bir prezidentlik müddətinə dözməyə bilər" - Con Kerri
"Demokratik sistemimiz Donald Trampın dah bir 4 illik prezidentlik müddətinə dözməyə bilər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Con Kerri Demokratlar Partiyasının ehtiyacları üçün pul ayrılmasını tələb etdiyi məktubunda deyib.

Onun sözlərinə görə, bu daxili xaosu dayandırmaq üçün yeganə yol bu il ölkədə seçkiləri qazanmaq və 2020-ci ildə Ağ evə demokratı seçməkdir.

C.Kerri D.Trampın diplomatiyaya tamamilə laqeyd yanaşdığını, ABŞ-ı dünya arenasında gözdən saldığını və demokratiyanın əsaslarını pozduğunu bildirib.

Qeyd edək ki, ötən ilin sonunda C.Kerri 2020-ci ildə keçiriləcək ABŞ prezidenti seçkilərində iştirak edəcəyini istisna etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru