Bəşəriyyət üçün əsas təhlükələr açıqlandı

1-02-2019, 07:53           
Bəşəriyyət üçün əsas təhlükələr açıqlandı
Mütəxəssislərin fikrincə, bu üç problemi birləşdirərək mübarizə metodlarını tapmaq lazımdır
Beynəlxalq araşdrımaçılar qrupu bəşəriyyət üçün əsas olan təhlükələri müəyyən edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bura piylənmə, aclıq və iqlim dəyişikliyi daxildir.

Eyni zamanda bu problemlər bir-biri ilə əlaqəlidir və qlobal şəkildə yayılıb.

Araşdırmaçıların fikrincə, piylənməyə və aclığa ərzaq sisteminin və siyasətinin yalnız iqtisadi inkişafa yönəlməsi və sağlamlığa zərərli təsirləri nəzərə almamasıdır.

İqlim dəyişikliklərinə əkinçilik sənayesi, qida istehsalı, nəqliyyat, faydalı qazıntlıar-mədənçilik və ekosistemə laqeydlik faktorları səbəb olur.

Mütəxəssislərin fikrincə, bu üç problemi birləşdirərək mübarizə metodlarını tapmaq lazımdır.

Tədqiqatın müəllifləri korporasiyaların təsirini məhdudlaşdıran qlobal bir müqavilənin bağlanmasını, eləcə də siyasi fəaliyyət tələb edən sosial hərəkatların dəstəklənməsi üçün fondun yaranmasının tərəfdarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru