Avropada xəstə mal əti HƏYƏCANI – VİDEO

2-02-2019, 18:14           
Avropada xəstə mal əti HƏYƏCANI – VİDEO
Polşanın “TVN24” kanalının araşdırması bütün Avropanı silkələyib.

AzEuroNews.com xəbər verir ki, “Superwizjer” adlı araşdırma proqramının əməkdaşı Polşanın ət kəsim firmalarından birinə işə düzələrək, orda baş verənləri gizli kamera vasitəsilə lentə alıb. Jurnalistin bildirdiyinə görə xəstə, ayaq üstə çətinliklə dayanan yaşlı heyvanlar kəsilərək onların əti ixrac üçün hazır vəziyyətə gətirilib.

“TVN24” kanalının gizli çəkilişlə ortaya çıxardığı materialda xəstə heyvanların baytar həkimin rəyi alınmadan kəsilib Avropa Birliyinin (AB) 10-dan çox ölkəsinə göndərildiyi bildirilir. Məlum olub ki, xəstə heyvan ətlərinin daha çox hissəsi Almaniya və Fransaya satılıb. Məlumatda İsveçə sadəcə 250 kg ət satıldığı bildirilir.

Olaya dərhal müdaxilə edən Polşa hökuməti həmin firmanın dərhal bağlanmasına, veterenar həkimlərin işdən azad olunmasına və hüquq mühafizə orqanları tərəfindən araşdırma başladılmasına qərar verib.

AB xüsusi nümayəndənin Polşaya göndərilməsi barədə qərar verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru