Venesuela Birləşmiş Ərəb Əmirliklərinə nağd pul qarşılığında qızıl satır
2-02-2019, 18:19
Venesuelanın nağd avro qarşılığında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 29 ton qızıl göndərəcəyi bildirilir. Azeuronews.com-un məlumatına görə Reuters agentliyinin adı açıqlanmayan yüksək çinli məmura istinadən açıqladığı xəbərdə Venesuelanın qızıl rezervlərinin builki satışının 26 yanvar tarixində başladığını bildirib.
Mənbənin məlumatına görə ilk olaraq 3 ton Venesuela qızılı 26 yanvar tarixində Birləşmiş Ərəb Əmirliklərinə Venesuela karqo şirkəti “Solar Cargo”ya məxsus təyyarə ilə göndərildi. Fevral ayında göndərilməsi nəzərdə tutulan 11 ton qızıl eyni havayolu şirkəti ilə daşınacaq.
Adının açıqlanmasını istəməyən qaynağın verdiyi məlumata görə, Venesuela hökuməti ehtiyacların ödənilməsi məqsədilə BƏƏ-nə bu il ərzində nağd pul qarşılığı 29 ton qızl satacaq.
Venesuela Mərkəzi Bankının 2018-ci ilin sonlarına olan hesabatında ölkənin qızıl rezervlərinin 132 ton olduğu bildirilib. Qeyd edək ki, qızıl rezervlərinin bir hissəsi İngiltərə Mərkəzi Bankında saxlanılır.