Misirdə içərisində 40 mumiya olan nekropol aşkarlanıb

3-02-2019, 00:29           
Misirdə içərisində 40 mumiya olan nekropol aşkarlanıb
Qahirənin 250 metr yaxınlığında Əl-Minya əyalətinin Tuna əl-Qəbəl rayonunda içərisində 40 mumiya, bəzək əşyaları və qızıl maska olan nekropol aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Anani bildirib. Onun sözlərinə görə, bu, cari ildə ilk arxeoloji tapıntıdır.

Yerin təxminən 10 metr dərinliyində müxtəlif yaş və sosial statusa malik mumiyalar olan sərdabalar tapılıb. Belə ki, bəzi mumiyalar kətan parçalara bükülərək daş və ya taxta sərdabaya qoyulub, bəziləri torpağa, digərləri isə döşəməyə və ya yeraltı taxçaya uzadılıblar. Bu qədər böyük müddətin keçməsinə baxmayaraq, mumiyalar yaxşı vəziyyətdə qalıblar. Mumiyaların onu uşaqlara aiddir. İnsan qalıqlarından əlavə, qəbiristanlıqda papiruslar, gil qab-qacaq və mumiyalar üçün rənglənmiş sərdabalar da aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru