Makron etirazlara son qoymaq üçün referendum keçirmək niyyətindədir

4-02-2019, 08:05           
Makron etirazlara son qoymaq üçün referendum keçirmək niyyətindədir
Fransa prezidenti Emmanüel Makron "sarı jiletlilər"in etirazlarına səbəb olan böhrandan çıxmaq üçün gizli referendum hazırlayır.

“Report” xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" nəşri məlumat yayıb.

Nəşr yüksəkçinli mənbələrə istinadən edərək yazır ki, referendum Avropa Parlamentinə seçkilər kimi mayın 26-sı keçirilə bilər.

Fransa prezidentinə yaxın mənbələr bildiriblər ki, Makronun cəmi bir neçə günü qalıb — səsvermə haqqında qərarı çox tez, bir həftə ərzində qəbul etmək lazımdır. Referendumun mayın sonunda keçirilmə ehtimalı "olduqca yüksək" qiymətləndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru