İraq prezidenti Trampın açıqlamasına cavab verdi: “BİZİM QƏRARIMIZLA OLACAQ!”
4-02-2019, 15:20

Hurriyyet.org xəbər verir ki, İran prezidenti Berhem Salih ABŞ prezidenti Donald Trampın ABŞ-ın qüvvələrini İraqda saxlayacağı barəsinə açıqlamalarına cavab olaraq, bunun İraq hökumətinin qərarı ilə mümkün olacağını deyib. O, paytaxt Bağdadda keçirilən bir tədbirdə deyib: “ABŞ-ın İraqdakı varlığı terrorla mübarizədə əməkdaşlıq məqsədilə hökumətin qərarı və tələbi ilə olmuşdu, yenə də belə olacaq”.
ABŞ prezidenti Donald Tramp ABŞ hərbçilərinin “İrana nəzarət eləmək” məqsədilə İraqda qalması üçün rəsmi tələblə müraciət eləmədiyini söyləyən Salih ABŞ ilə İraq arasındakı yeganə seçimin bəzi məsələlərdə ayrılmaq yox, əməkdaşlıq olduğunu bildirib.
ABŞ prezidenti Tramp dünən Amerikanın CBS televiziyasına müsahibəsində ABŞ-ın İraqdakı “Aynül Əsəd” bazasına çox vəsait xərclədiyini və bu bazanı orada saxlaya biləcəklərini bildirərək deyib: “İraqdakı bazanı saxlamaq istəməyimin səbəblərindən biri İranı izləmək istəyimdir, çünki İran həqiqi bir problemdir”.
İraqda şiə lider Mukteda əs-Sədrin başçılıq elədiyi Şairun Koalisiyasının üzvü və Məclisin birinci vitse-prezidenti Hasan əl-Kaabi də dünən verdiyi açıqlamada deyib: “ABŞ qüvvələrinin İraqdan çıxarılması üçün Məclisdə qanun qəbul eəcəyik”.
ABŞ-ın İraqdakı hərbi varlığı
ABŞ 2003-cü ildə İraqı işğal elədikdən 2011-ci ilə qədər ölkədə 166 min nəfərə qədər hərbçi saxlamış, 2011-ci ildən sonra keçmiş prezident Barak Obamanın təlimatı ilə bütün hərbçilərini İraqdan çıxarmışdı.
Lakin İŞİD terror təşkilatının 2014-cü il iyunun 10-da ortaya çıxmasından sonra o dövrdə İraqın baş naziri olan Nuri əl-Malikinin çağırışı ilə Vaşinqton iqtidarı yenidən hərbçilərini İraqa göndərmişdi.
ABŞ XİN yaydığı son məlumatlara görə, iki ölkə arasında 2014-cü ildə imzalanan hərbi strateji müqviləyə əsasən İraqda 5 min nəfərə qədər ABŞ hərbçisi yerləşdirilib.