Dünyada ilk dəfə kosmik taksi sınaqdan keçiriləcək

5-02-2019, 08:33           
Dünyada ilk dəfə kosmik taksi sınaqdan keçiriləcək
Bu ilin martında “Boing” aerokosmik şirkəti “CST-100 Starliner” adlı avtonom işləyən kosmik taksisinin ilk sınaqlarını keçirəcək. Plana görə, sınaqlar vaxtı aparat Beynəlxalq Kosmik Stansiyaya kimi uçacaq və sonra Yer kürəsinə geri qayıdacaq.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “Boeing” şirkəti 2010-cu ildən “CST-100 Starliner” kosmik taksisi üzərində işləyir, ancaq kosmik taksi indiyədək heç vaxt kosmosa göndərilməyib. Aparat öz hərəkət sistemi olan, bortunda 7 nəfər daşıya bilən kapsul formasında hazırlanıb. Kosmik taksi “United Launch Alliance” şirkəti tərəfindən hazırlanan “Atlas V” raket daşıyıcısının köməyi ilə orbitə çıxarılacaq.

Plana görə, aparatın ilk sınaq buraxılışı bu ilin martında Kanaveral burnundan həyata keçiriləcək. “Boeing” şirkətinin rəsmiləri bu məlumatı təsdiq ediblər.

Kosmik taksinin bortunda astronavtlarla birgə ilk buraxılışı 2019-cu ilin avqustuna planlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru