MÜHARİBƏ TƏHLÜKƏSİ! - Sərhədə çox sayda hərbçi gətirildi
6-02-2019, 00:31

Kolumbiya hava qüvvələrinə məxsus hərbi təyyarə Kolumbiya ilə Venesuela sərhədində yerləşən Cucuta şəhərinə çox sayda hərbçi endirib.
Venesuelanın Milli Məclisi Xuan Quaydonun özümü “müvəqqəti prezident” elan eləməsindən sonra ABŞ başda olmaqla, bir çox dövlətin onu tanıması və açıq-aşkar dəstək verməsi ilə davam edən böhran fonunda yeni hadisələr baş verməkdədir.
“Bütün variantla masada” təhdidləri
Quaydo bir çox ölkədən dəstək görsə də, ölkədə başda Venesuela ordusu olmaqla bir çox qüvvələr tərəfindən dəstəklənmədi. ABŞ-a arxalanan Quaydo ordunu dövlətə müdaxilə eləməyə çağırdı, lakin çağırışına qoşulan olmadı. Buna görə də, Quaydo və ABŞ prezidenti Donald Tramp başda olmaqla bir çox şəxs, amerikalı nazir və yüksək vəzifə sahibləri, Venesuelaya hərbi variant da daxil olmaqla, bir çox müdaxilənin masada oduğunu söyləyiblər. Hətta ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Boltonun Venesuelaya qarşı sanksiyaları dəstəklədyi gün qeyd dəftərində “Kolumbiya sərhədinə 500 əsgər” yazması bütün dünyada diqqəti cəlb eləmişdi.
Dünən axşam saatlarında Kolumbiyanın Venesuela ilə həmsərhəd Cucuta şəhərinə Kolumbiya hava qüvvələrinə məxsus bir C-130 təyyarəsi vasitəsi ilə çox sayda hərbçi endirilib. Kolumbiya mediası bu hərbçilərin Venesuelaya mümkün yardım və müdaxilədə kömək edəcəklərini irəli sürüblər.
Xəbər verdiyimiz kimi, Venesuelanın qanuni prezidenti Nikolas Maduro da öz çıxışında ölkəsində çevriliş cəhdi etməyə çalışan ABŞ-ı Venesuelada qan tökməməyə çağırıb: “Dayan, dayan, Doland Tramp. Əlinizi qana bulayacaq xətalar edirsən”.
Hurriyyet.org