Almaniya 216 mindən çox qaçqınla bağlı qərar verib – YENİ STATİSTİKA

6-02-2019, 07:36           
Almaniya 216 mindən çox qaçqınla bağlı qərar verib – YENİ STATİSTİKA
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) 216 873 sığınacaq axtaranla bağlı qərar verib. AzEuroNews.com xəbər verir ki, BAMF ötən ilin dekabrına qədər olan məlumatda qeyd edib ki, gözləmədə olan müraciətlərin sayında azalma qeydə alınıb. Belə ki, hazırda BAMF-a daxil olan müraciətlərdən 58 325 iş gözləmə statusundadır. Onlara yaxın aylarda baxılaraq qərar verilməsi gözlənilir.

Ötən ilin dekabr ayında Almaniyadan 10561 nəfər sığınacaq istəyib.

Onlardan cəmi 3154 nəfərə qaçqın statusu verilib. Humanitar əsaslarla qaçqın statusu alanların sayı isə, 1502 nəfər olub. 463 nəfərin deportasiyasının isə bir qədər yubdılması ilə bağlı qərar verilib.

Ötən ilin dekabrında 4029 nəfərin sığınacaq üçün müraciəti rədd edilib.

Ötən ilin son üç ayında Almaniyadan sığınacaq istəyənlərin sayı və vətəndaşı olduğu ölkələrin sıralaması isə aşağıdakı kimidir:



Oktyabr 2018 Noyabr 2018 Dekabr 2018
Ümumi 14.824 14.130 10.561
1. Suriya 3.333 3.114 2.383
2. İraq 1.316 1.409 1.001
3. İran 1.488 1.395 802
4. Əfqanıstan 993 928 677
5. Türkiyə 1.206 922 570
6. Nigeriya 794 709 554
7. Rusiya 395 377 325
8. naməlum 352 390 309
9. Gürcüstan 298 286 303
10. Moldova 98 207 255












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.