Tezliklə dünya əhalisinin sayı azalacaq

6-02-2019, 10:00           
Tezliklə dünya əhalisinin sayı azalacaq
Yer planeti artan əhalini qidalandırmaq iqtidarında olacaqmı?
Yer planetinin əhalisi yaxın gələcəkdə azala bilər. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bu nəzəriyyəni kanadalı jurnalist Con İbbitson və politoloq Darrel Briker irəli sürüblər.

Qeyd edək ki, hazırda dünyada təxminən 7,7 milyard insan yaşayır. 2050-ci ildə əhalinin sayının 9 milyardı keçəcəyi bildirilir.

BMT ekspertləri isə daha əvvəl bildirmişdilər ki, Yer planeti artan əhalini qidalandırmaq iqtidarında olmayacaq.

Lakin kanadalı araşdırmaçıların fikrincə, bu tipli məlumatlar şişirdilib. Onlar bir daha qlobal modelləri araşdırıblar və bu nəticəyə gəliblər ki, 30 ildən sonra insanların sayı azalmağa başlayacaq.

Onlar hesab edirlər ki, 2100-ci ildə daha əvvəl proqnozlaşdırıldığı kimi 11 milyard deyil, 8-9 milyard insan yaşayacaq.

Onlar qeyd ediblər ki, dünya ölkələrinin əksəriyyətində insanlar ailə həyatı qurmağa çalışmırlar.

Həmçinin, nəzərə almaq lazımdır ki, planetin əhalisinin sayı qocalır. Əksər ölkələrdə gənclərin sayı azalmağa doğru gedir, əksinə təqaüdçülərin sayı artır.

Qeyd edək ki, hazırda Yerin əhalisinin sayı artır, lakin bu proses qarışıq formada gedir. Bir sıra ölkələrdə əsl demoqrafik fəlakət yaşana bilər. Bura İtaliya, İspaniya, Bolqarıstan, Böyük Britaniya və Cənubi Koreya daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru