Makrondan qalmaqallı addım - Bu tarixi “erməni soyqırımını anma günü” elan etdi

6-02-2019, 12:36           
Makrondan qalmaqallı addım - Bu tarixi “erməni soyqırımını anma günü” elan etdi
Fransa prezidenti Emmanuel Makron 24 apreli qondarma "Erməni soyqırımını anma günü” elan edib.

BakuPost xəbər verir ki, bununla da E. Makron 2017-ci ildə prezident seçkiləri dönəmində verdiyi vədlərdən birini yerinə yetirib.

Qeyd edək ki, Fransa 2001-ci ildə 1915-ci il olaylarını "erməni soyqırımı” kimi tanıyıb. Dünən Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının toplantısında çıxış edən E. Makron 1915-ci ildə Osmanlı imperiyasında "ermənilərin qəddarlıqla öldürüldüyünü” iddia edib. Fransa prezidenti "Tvitter” sosial şəbəkəsindəki səhifəsində isə yazıb ki, söz verdiyi kimi 24 apreli "Erməni soyqırımı günü” elan edir. E. Makron məsələ ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı öncədən məlumatlandırdığını da qeyd edib: "Türkiyə ilə İŞİD terror təşkilatına qarşı mübarizə, insan haqlarının müdafiəsi ilə bərabər, soyqırım məsələsində də Türkiyə ilə fikir ayrılıqlarımız var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.