VENESUELADA ABŞ SİLAHLARI ƏLƏ KEÇDİ
7-02-2019, 00:55

Venesuelada ABŞ-dan göndərildiyi aşkar edilən çox sayda silah və sursat ələ keçirib.
Venesuela ictimai təhlükəsizlik nazirinin müavini Endes Palensianın “Tvitter” sosial şəbəkəsində verdiyi açıqlamada, Valensiya şəhərindəki Artur Miçlena Beynəlxalq aeroportundakı bir anbarda ABŞ-ın Mayami şəhərindən göndərilən çox sayda silah-sursatın, o cümlədən, ABŞ istehsalı olan 19 avtomat və 118 patrondaş, 90 ədəd rabitə cihazı və 6 ədəd cib telefonunun ələ keçirildiyi bildirilir.
Bu silah və sursatın fevralın 3-də Mayami şəhərindən gələn bir təyyarə ilə gətirildiyinin aşkara çıxarıldığını bildirən Palensia yazıb: “Venesuela xalqının sülh və təhlükəsizliyini təhdid edən və terrorçu qruplara maliyyə dəstəyi verənlərə qarşı təhlükəsizlik qüvvələri olaraq vəzifəmizi axıra qədər yerinə yetirəcəyik”.
Palensia baş verənlərlə əlaqədar prokurorluğunu istintaqa başladığını bildirib.
Milli Məclisin sədri Xuan Quaydo müxalifətçilərin mitinqində özünü “müvəqqəti prezident” elan elədikdən sonra, başda ABŞ olmaqla, Avstraliya, Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Brazilya, Çili, Panama, Argenrina, Kosta Rika və Gvatemala kimi ölkələr, həmçinin Avropa parlamenti tərəfindən tanınmışdı.
Meksika, Türkiyə, Rusiya, İran, Kuba, Çin və Boliviya isə Venesuelanın qanuni prezidenti Nikolas Maduronun hakimiyyətini dəstəklədiklərini bildirmişdilər.
Maduro ABŞ ilə diplomatik əlaqələri dayandırdığını, yalnız ticarət əlaqələrinin davam edəcəyini bildirmişdi.
ABŞ prezidenti D.Tramp Venesuelaya hərbçi göndərməyi “variantlardan biri” kimi gördüyünü söyləmişdi.
Hurriyyet.org
