İrlandiya Guaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb

7-02-2019, 07:31           
İrlandiya Guaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb
İrlandiya müxalifət lideri Xuan Guaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyaraq, bir sıra digər Avropa ölkələrinin mövqeyinə qatılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Saymon Koveninin bəyanatında deyilir ki, Dublin Avropa diplomatiyasının rəhbəri Federiko Moqerininin 26 yanvar tarixli qərarını dəstəkləyir.

Həmin qərarda Venesuela hakimiyyətinin legitimliyinin növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazırlıqla bağlı olduğu bildirilir.

"Belə bir bəyanat olmadığı üçün (Seçkilərin keçirilməsi ilə bağlı), biz Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyaraq, Avropa İttifaqının digər ölkələrinə qoşuluruq", - deyə kommünikedə qeyd olunur.

Daha əvvəl Venesuela hökumətinin müxalifət lideri Xuan Quaidonu müvəqqəti prezident kimi tanıyan ölkələrlə münasibətləri təftiş edəcəyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru