Xaricdəki alman vətəndaşlarına hər il 300 milyon avro uşaq pulu ödənir
7-02-2019, 07:34
Almaniya xaricdə yaşayan alman vətəndaşı olan uşaqlara hər il təxminən 300 milyon avro uşaq pulu ödəyir. AzEuroNews.com xəbər verir ki, Almaniyanın ən çox uşaq pulu ödədiyi ölkələrin sırasında ilk yerdə Rumıniya və Bolqarıstan gəlir.
Məlumata görə, Almaniya 2017-ci ildə 343 milyon avro uşaq pulu ödəyib. Bu 2010-cu illə müqayisədə 10 dəfə çoxdur.