Böyük Britaniyada 140 milyonçunun işinə baxılır

13-02-2019, 17:08           
Böyük Britaniyada 140 milyonçunun işinə baxılır
Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) çoxu Rusiya vətəndaşı və ya rusiyalı olmaqla 140-a yaxın zəngin insanın işlərini araşdırır.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə NCA-dakı mənbə bildirib.

Qeyd edilib ki, NCA zəruri məlumatları toplayır və haqqında araşdırmanın aparıldığı şəxslərdən 2018-ci ildə qüvvəyə minən qanunvericiliyə uyğun olaraq kapitalın mənşəyini izah etməyi xahiş edir.

Agentliyin həmsöhbəti siyahıda Rusiyadan başaqa, digər ölkələrin, o cümlədən Afrika ölkələrinin nümayəndələrinin olduğunu qeyd edib.

Mənbənin sözlərinə görə, NCA-nın diqqətini var-dövlətləri 50 min funt sterlinqdən qat-qat çox olan zəngin vətəndaşlar çəkib: "Söhbət milyonlardan gedir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru