Rusiya milyonçuları nəzarətə götürülür

13-02-2019, 23:00           
Rusiya milyonçuları nəzarətə götürülür
Britaniya rəhbərliyi zənginliyinin mənbəsi şübhə yaradan 140 zəngin şəxsi yoxlamaq niyyətindədir

Böyük Britaniya rəhbərliyi zəngin rusların vəsaitlərinin mənbəyini öyrənmək qərarına gəlib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadla məlumatına görə, bu barədə Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyindəki (NCA) mənbə bildirib.

Nəşr yazır ki, agentlik Britaniya rəhbərliyində zənginliyinin mənbəsi şübhə yaradan 140 zəngin şəxsi yoxlamaq niyyətindədir. Bu siyahıda olan şəxslərinin əhəmiyyətli hissəsi rusiyalılardır: "Rusiyalılar çoxluq təşkil etmir, lakin onların sayı əhəmiyyətli dərəcədədir. Siyahıda digər ölkələrdən olan şəxslər də var".

Hazırda agentliyin əməkdaşları siyahıda olan şəxslər barədə məlumat toplayır və onların sərvətinin mənbəyini izah etmələrini istəyirlər.

Mənbənin sözlərinə görə, hökumət araşdırmaların nəticələrinin 2019-cu ilin sonlarına yekunlaşmasını gözləyir. Amma şübhəli şəxslərə qarşı araşdırmalar illər ərzində davam edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru