İrandan 41 hərbçinin ölümü ilə bağlı ABŞ-a: Səhvlər edir... 14-02-2019, 09:01 İran İslam İnqilabı Keşikçiləri Korpusuna hücum olub.Axar.az xəbər verir ki, Sistan və Bəlucistan əyalətində hərbi personalı daşıyan avtobus partladılıb.Hücum nəticəsində 20 əsgər ölüb, 20-si yaralanıb.***İslam İnqilabı Korpusunun hərbçilərini daşıyan avtobusun partladılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.***Polşada ABŞ-ın rəhbərliyi altında İran əleyhinə keçirilən konfransla eyni gündə ölkənin cənub-şərqində teraktın baş verməsi təsadüfi ola bilməz.Bu sözləri Tvitter hesabında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib."Görünən odur ki, ABŞ hər zaman eyni səhvləri edir, ancaq fərqli nəticələr əldə etməyi gözləyir", - Zərif bildirib. Facebook-da paylaş