ABŞ-dan İrana yeni ZƏRBƏ: bu dəfə alim və sənətçilər qurban oldu

14-02-2019, 10:46           
ABŞ-dan İrana yeni ZƏRBƏ: bu dəfə alim və sənətçilər qurban oldu
ABŞ İrana yeni sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Vətəndaşlara Nəzarət Ofisi (OFAC) “New Horizons” (Yeni Üfüqlər) olaraq tanınan “Müstəqil Ailmlər və Sənətçilər İnstitutu” qeyri-hökumət təşkilatını və təşkilatın 4 üzvünü sanksiya siyahısına əlavə edib.

Ofisdən verilən yazılı açıqlamada mərkəzi Tehranda yerləşən təşkilatın İran İnqilab Keşikçilərinin kəşfiyyat və fəaliyyətinə dəstək vermək məqsədilə beynəlxalq konfranslar təşkil etdiyi iddia edilib. Buna görə də sanksiya tətbiq edilib. Açıqlamada mərkəzi İranda yerləşən “Net Peygard Samavat” şirkəti və bu şirkətlə bağlı olan 6 nəfərin ABŞ kəşfiyyatı və ordusunun sabiq və hazırkı işçilərinə qarşı kiber-hücum təşkil etdiyi üçün sanksiya siyahısına salınıb.

Maliyyə naziri Stiven Manç sanksiyalarla bağlı “nazirlik İranın pis niyyətli kiber-hücumçuları, ölkə daxilində və xaricindəki amerikalıları hədəf alan gizli əməliyyatları ilə mübarizə aparmaq üçün hərəkətə keçib” ifadələrini işlədib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru