Şok: Komi qovulduğu gün Tramp da vəzifədən uzaqlaşdırılacaqdı
15-02-2019, 08:19
FTB direktoru Ceyms Kominin vəzifədən çıxarıldığı gün ABŞ Prezidenti Donald Trampın da vəzifədən kənarlaşdırılması müzakirə edilib.
Axar.az xəbər verir ki, bu iddia ilə keçmiş FTB-çi Endryu Makkeyb çıxış edib.
CBS kanalında yayımlanan "60 dəqiqə" proqramına qonaq olan Makkeyb Kominin vəzifədən kənarlaşdırılmasından dərhal sonra istintaqın başladığını deyib.
Trampın addımını "ədalətə kölgə salmağa çalışmaq" kimi dəyərləndirən Makkeyb Kominin qovulmasından dərhal sonra Ədliyyə Nazirliyi rəsmilərinin ABŞ prezidentinin vəzifədən kənarlaşdırılmasına imkan verən Konstitusiyanın 25-ci maddəsini müzakirə etdiklərini qeyd edib.