Ötən il ən böyük hərbi büdcəyə malik ölkələr bəlli oldu- SİYAHI

16-02-2019, 00:02           
Ötən il ən böyük hərbi büdcəyə malik ölkələr bəlli oldu- SİYAHI
2018-ci ildə ABŞ-ın müdafiə xərcləri 643,3milyard dollar təşkil edib.

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (İİSS) hər il dərc etdiyi reytinqdə ikinci yeri 168,2 milyard dollarlıq müdafiə xərcləri ilə Çin, üçüncü yeri isə 82,9 milyard dollarla Səudiyyə Ərəbistanı tutur.

Sonrakı yerlərdə Rusiya (63,1 milyard dollar), Hindistan (57,9 milyard diollar), Böyük Britaniya (56,1 milyard dollar), Fransa (53,4 milyard dollar), Yaponiya (47,3 milyard dollar), Almaniya (45,7 milyard dollar), Cənubi Koreya (39,2 milyard dollar) gəlir. NATO üzvü olan Avropa ölkələrinin isə ötən il məcmu hərbi büdcəsinin 264 milyard dollar təşkil etdiyi bildirilir.

Hesabatı Münhen Beynəlxalq Təhlükəsizlik Konfransına təqdim edən İİSS eksperti Fransua Haysburq sənəddəki rəqəmləri Avropada müdafiə xərclərini artırmaqdan boyun qaçırmaq üçün bəhanə gətirməməyə çağırıb: “Rusiya müdafiəsinə xərclədiyi pullardan daha çox hərbi səmərə əldə etməyi bacarır”. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru