Barak Obama Ukraynaya hərbi yardımı nəzərdə tutan hərbi büdcəni imzalamaqdan imtina edib.
teref.az xəbər verir ki, büdcədə Ukraynaya 300 milyon dollarlıq silah verilməsi nəzərdə tutulurdu. Bundan əlavə qanun layihəsi Quantanamo həbsxanasındakı məhbusları ABŞ ərazisinə gətirməyi prezident administrasiyasına qadağan edirdi. ABŞ KİV-i bildirir ki, Obamanın layihəyə veto qoymasının əsas səbəbləri bunlardır.
Xatırladaq ki, Obama 2008-ci ildə prezident seçiləndə Quantanamo bazasındakı məhbusları oradan çıxarmaq sözü vermişdi. Büddcəyə veto qoyulduğundan onun müzakirəsinin 2016-cı iləcən davam etməsi gözlənilir.