Macarıstan Avropa İttifaqı məkanında polisin ən az olduğu ölkədir- “Eurostat” statistika agentliyi
16-02-2019, 20:41
Hazırda Macarıstanda polislərin sayının ölkə əhalisinin sayına nisbəti ən aşağı səviyyədədir.
Avropa Komissiyasının “Eurostat” rəsmi statistika agentliyinin məlumatına əsasən bu nisbət Avropa İttifaqı (Aİ) ölkələri arasında orta həddin üçdəbirindən də azdır.
2015-ci ildə Macarıstanda ölkə əhalisinin hər 100 min nəfərinə 90 polis düşürdü. Bu, say hətta Aİ-yə üzv şimal ölkələrindən – Finlandiyadan daha azdır (2016-cı ildə 137), üçüncü yerdə olan Danimarkadan (186) və bu siyahıda dördüncü yerdə qərarlaşan İsveçdən (203) iki dəfə azdır. Ölkə əhalisi ilə polisin sayı arasında ən böyük nisbət 2016-cı ildə Kiprdə qeydə alınıb – hər 100 min nəfərə 573 asayiş keşikçisi.
Məruzədə, həmçinin qeyd olunur ki, 2016-cı ildə Aİ-də ümumilikdə 1,6 milyon polis qeydə alınıb. Bu, 2009-cu ildəkindən 3,4 faiz azdır. Aİ ölkələri üzrə orta göstəriciyə görə hər 100 min nəfərə 318 polis düşür(azərtac).