İŞİD-in 6 komandiri həbs olunub- Livanda

16-02-2019, 20:47           
İŞİD-in 6 komandiri həbs olunub- Livanda
Livan ordusunun xüsusi xidmət orqanları İŞİD qruplaşmasında yüksək vəzifə tutan 6 təhlükəli terrorçunu həbs edib.

Azərtac xəbər verir ki, An-Nashra portalının yaydığı məlumata görə, Livanın şimalında yerləşən Hermel rayonunda aparılan əməliyyat zamanı sərhədi qanunsuz keçən İŞİD qruplaşmasının səhra komandirlərindən biri Xalid əl-Həc saxlanılıb. Onun dindirilməsindən sonra Əş-Şavahir rayonunda qruplaşmanın dini avtoriteti Əhməd Mansur əl-Xələf və daha 4 silahlı da həbs edilib. Onların hazırda döyüşlərin getdiyi Suriyanın Deyr-əz-Zor əyalətindən qaçdıqları bildirilir.

Fevral ayının əvvəlində Beyrutdan 90 kilometr məsafədə yerləşən Tripoli yaşayış məntəqəsində İŞİD qruplaşmasının şəbəkəsi ləğv edilmiş və diversiyaya hazırlaşan 4 silahlı saxlanılmışdı.

Livanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən il xüsusi xidmət orqanları parlament seçkiləri ərəfəsində iki böyük terror aktının qarşısını almışdı. O zaman qruplaşmaya bağlı terrorçular Suriyadan Livana daxil olmağa cəhd edən zaman apardıqları partlayıcı ilə birlikdə ələ keçmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru