ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını “geri götürməy”ə çağırıb

17-02-2019, 12:04           
ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını “geri götürməy”ə çağırıb
Amerika lideri Donald Tramp Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını “geri götürməy”ə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.

“Report” xəbər verir ki, o bunu “Twitter” mikrobloqunda yazıb.

“Birləşmiş Ştatlar Böyük Britaniya, Fransa, Almaniya və Avropadan olan digər müttəfiqlərindən Suriyada yaxaladığımız 800-dən çox İŞİD yaraqlısını geri götürməyi və onları məhkəmə qarşısına çıxartmağı xahiş edir”, – deyə Tramp bildirib.

O əlavə edib ki, “alternativ variant heç də yaxşı deyil”, yəni ABŞ onları azad etmək məcburiyyətində qalacaq.

Daha əvvəl KİV ABŞ-ın öz qoşunlarını Suriyadan tamamilə çıxartmaq niyyətində olduğunu yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru