“Zorla dodağımdan öpdü” – Bu qadın Trampı məhkəməyə verdi

27-02-2019, 10:11           
“Zorla dodağımdan öpdü” – Bu qadın Trampı məhkəməyə verdi
ABŞ Prezidenti Donald Trampa qarşı daha bir ittiham irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, Trampın 2016-cı ildə seçki kampaniyasında təmsil olunan Alva Conson adlı xanım Florida ştatında keçirilən toplantı zamanı Trampın onu zorla öpdüyünü iddia edib.

Alabamanın Huntville şəhərində yaşayan Alva deyir ki, Trampın onu zorla öpməsi 2016-cı ilin avqust ayında Floridanın Tampa şəhərində Trampın kampaniya qrupu ilə könüllülərin bir araya gəldiyi zaman baş verib.

Xanım qeyd edib ki, Tramp onun əllərini tutub və buraxmayıb, üzünü isə yana çevirdiyi zaman dodağından öpüb.

Xanım məhkəmə iddiasında bu arzu edilməyən öpüşün onda stress, psixoloji travma, təhqir olunma şəklində təsirlər buraxdığını qeyd edib.

Ağ Evin mətbuat katibi Sara Sanders isə iddiaların qurama olduğunu irəli sürərək digər şəxslərin bu hadisənin şahidi olmadığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.