Pakistan Hindistanın iki qırıcı təyyarəsini vurub - Vəziyyət gərginləşir

27-02-2019, 12:08           
Pakistan Hindistanın iki qırıcı təyyarəsini vurub - Vəziyyət gərginləşir
Pakistan Kəşmirin Hindistan rəhbərliyində olan hissəsində hava əməliyyatı keçirib və özünün hava məkanından onun iki qırıcısını vurub.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bu gün Pakistan HHQ Pakistan hava sahəsi daxilində təmas xətti boyunca əməliyyat keçirib.

Daha sonra Pakistan ordusunun mətbuat katibi, general-mayor Asif Qafur özünün “Twitter” hesabından bəyanat yayıb: “Pakistan XİN-in də elan etdiyi kimi, bu gün səhər Pakistan HHQ-nin həyata keçirdiyi əməliyyata cavab olaraq Hindistan HHQ yenidən təmas xəttini keçib. Pakistan HHQ öz hava məkanı daxilində Hindistanın iki təyyarəsini zərərsizləşdirib. Təyyarələrdən biri Azad Cəmmu və Kəşmir daxilinə düşərkən, digəri IOK (İndian Occupied Kashmir – Hindistan İşğal Etdiyi Kəşmir) ərazisinə enib. Hindistanlı pilotlardan biri əsgərlər tərəfindən ələ keçirilib”.

Xatırladaq ki, ötən gün Hindistan Pakistan daxilində xeyli sayda təyyarənin iştirakı ilə hava əməliyyatı keçirdiyini və bir sıra məntəqələri vurduğunu elan etsə də, Pakistan bunu təkzib edərək, heç bir itki və dağıntının yaşanmadığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.