İrəvanda “Azərbaycana bir qarış da torpaq verməyəcəyik!” yürüşü keçirildi-FOTOLAR

27-02-2019, 13:05           
İrəvanda “Azərbaycana bir qarış da torpaq verməyəcəyik!” yürüşü keçirildi-FOTOLAR
Dünən – fevralın 26-da Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş möhtəşəm 55 minlik yürüş keçirildiyi bir vaxtda işğalçı ölkənin paytaxtında bir qrup erməni qondarma “Sumqayıt talanları”nın 31-ci ildönümü” ilə bağlı tədbir keçirib.



Moderator.az xəbər verir ki, bu haqda Ermənistan saytları məlumat yayıb. Qondarma “erməni soyqırımı” kompleksindəki “Sumqayıt qırğını”na həsr olunmuş xaç abidəsinin yanından başlanan yürüş “Azadlıq” meydanınadək davam edib. Əsasən Azərbaycan torpaqlarının işğalında iştirak etmiş keçmiş döyüşçülər və Paşinyan əleyhdarlarından təşkil olunmuş yürüşdə “Azərbaycana bir qarış da torpaq verməyəcəyik” şüarı səsləndirilib və indiki Ermənistan hakimiyyətinin guya Azərbaycanla danışıqlarda ərazi güzəştlərinə hazırlaşması siyasətinə etiraz edilib. Yürüşdə torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejimin 100 metrlik bayrağı da götürülüb.

Rusiya mənbələrinin məlumatına görə, üzdənirraq yürüşə cəmi 2 minədək erməni ünsürü qatılıb.

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru