Pentaqon Hindistan və Pakistanı növbəti hərbi əməliyyatlardan çəkinməyə çağırıb
28-02-2019, 07:29
ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şanahan Hindistan və Pakistanı "növbəti hərbi əməliyyatlardan çəkinməyə" çağırıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, regionda gərginliyin artması Patrik Şanahanın diqqət mərkəzindədir və o, hər iki ölkəni gələcəkdə hərbi əməliyyatlardan çəkinməyə çağırır.