Pompeodan Hindistan-Pakistan insidentinə - Şok reaksiya

28-02-2019, 11:24           
Pompeodan Hindistan-Pakistan insidentinə - Şok reaksiya
ABŞ Hindistanın Pakistandakı terrorçuların təlim düşərgəsinə zərbə endirməsini dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Adcit Dovalla telefon danışığı zamanı deyib. Tərəflər arasında telefon danışığı dünən gecə saatlarında gerçəkləşib.

Ötən gün Ağ Evdən verilən açıqlamada isə iki ölkə arasındakı gərginlikdən “narahatlıq” ifadə edilmişdi.

Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinə qarşı törədilən teraktdan sonra kəskinləşib. Bu teraktın ardınca Hindistan Pakistandakı terror təşkilatının təlim düşərgəsinə zərbə endirib. Pakistan isə sərhədini pozan 2 Hindistan qırıcısını məhv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru