Rusiyada qadınlar əsasən bu xəstəliklərdən ölürlər

1-03-2019, 09:13           
Rusiyada qadınlar əsasən bu xəstəliklərdən ölürlər
Rusiyada əmək qabiliyyətli yaşda olan qadınlar arasında ölüm hallarının əsas səbəbi onkoloji xəstəliklərdir.

Milli.Az bildirir ki, 2017-ci ildə bu xəstəliklərdən yaşı 16-dan 54-dək olan 19,6 min qadın dünyasını dəyişib.

Ölüm hallarının ikinci əsas səbəbi qan dövranı sistemi xəstəlikləridir - bu, 18,9 min rusiyalı qadının həyatına son qoyub.

Bədbəxt hadisələr, hücumlar və yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı isə 15,8 min nəfər təşkil edir.

Ümumilikdə 2017-ci ildə Rusiyada 82,6 min əmək qabiliyyətli qadın ölüb.

Kişilərdə isə ölüm hallarına əsas səbəb kimi qan dövranı sistemi xəstəlikləri göstərilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.