Fransada Parlament Seçkilərində Milliyətçilər Qalib Gəlib

27-05-2019, 19:39           
Fransada Parlament Seçkilərində Milliyətçilər Qalib Gəlib
lkin hesablamalara görə, Fransada keçirilən Avropa parlamenti seçkilərində “Milli Birlik” partiyası (Rassemblement National) təxminən 24 faiz səs toplayaraq ilk yerdə qərarlaşıb.

RİA Novosti xəbər verir ki, prezident Emanuel Makronun başçılıq etdiyi “İrəli Respublika” partiyası 22% səslə ikinci yeri tutub, “Ekologistlər” partiyası (“yaşıllar”) 13%-lə üçüncüdür.

Qeyd edək ki, Marin Le Penin başçılıq etdiyi “Milli Birlik” partiyası ultrasağçılar hesab olunur və milliyətçilik ideoloqiyasına arxalanır.

Seçkidən dərhal sonra Le Pen Fransa parlamentinin buraxılmasını tələb edib.

Ümumilikdə, seçicilər 2686 namizəd arasında seçim ediblər. Fransa 79 avrodeputatla Almaniyadan (96) sonra ikinci yeri tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru