Serbiya rəhbərliyindən gözlənilməz qərar - Bu addım presedent ola bilər

28-05-2019, 12:23           
Serbiya rəhbərliyindən gözlənilməz qərar - Bu addım presedent ola bilər
Avropa və dünya siyasəti üçün önəmli qərar qəbul edildi

Serbiya etiraf etməlidir ki, daha Kosovodakı vəziyyətə nəzarət etmir. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç parlament qarşısındakı çıxışında bildirib.

O qeyd edib ki, Serbiya Kosovo ilə münasibətlərdə seçim qarşısındadır: ya "dondurulmuş münaqişə" rejimi saxlanmalı, ya da əlaqələr qurulmalıdır.

"Mən yalan və özünüaldatmanı davam etdirməmək qərarına gəldim. Hamıya deyirəm ki, Kosovo və Metoxiyada Serbiyanın hakimiyyəti yoxdur. Biz öz ictimaiyyətimizi aldatmamalıyıq", - prezident deyib.

Vuçiç Kosovo ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğunu vurğulayıb.

Prezident həmçinin bu məsələdəki köməyinə görə Rusiya lideri Vladimir Putinə təşəkkür edib.

Vaxtilə Serbiyanın tərkibində olan Kosovo və Metoxiyada separatçı hərəkat 1999-cu ildə baş qaldırıb. 2008-ci ildə Kosovo müstəqilliyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru