ABŞ-da qasırğa zamanı 130-dan çox insan xəsarət alıb - VİDEO

29-05-2019, 07:20           
ABŞ-da qasırğa zamanı 130-dan çox insan xəsarət alıb - VİDEO
ABŞ-da qasırğa zamanı onlarla insan xəsarət alıb.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, Ohayo və İndiana ştatlarında təbii hadisə zamanı 130-dan çox insan zərər çəkib. Agentliyin məlumatına görə, qasırğa zamanı həmçinin 1 nəfər həlak olub.

Qeyd edilir ki, təbii hadisə hər iki ştata ciddi zərər vurub. Belə ki, külək binaların damını uçurub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.