Dünyanın ən təhlükəli viruslarının olduğu noutbuk 1,3 milyon dollara satılıb

29-05-2019, 09:08           
Dünyanın ən təhlükəli viruslarının olduğu noutbuk 1,3 milyon dollara satılıb
Dünyanın ən təhlükəli kompüter viruslarının olduğu noutbuk incəsənət-obyekti kimi 1,3 milyon dollara satılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hərrac rəssam Quo o Donqun "Persistence of Chaos" layihəsinin saytında translyasiya edilib.

Qeyd edilir ki, 6 zərərverici proqrama malik "Samsung NC10-14GB" 10,2 düymlüdür. 2008-ci ildə istehsal edilmiş kompüterin virusları arasında "SoBig", "WannaCry" və "DarkTequila" kimi təhlükəli proqramlar olub.

Kompüteri Nyu-Yorkdan olan alıcı alıb. Təhlükəli proqramların vura biləcəyi zərər bütün dünya üzrə 95 milyard dollar məbləğində qiymətləndirilir.

Kompyuterdəki "WannaCry" virusu 2017-ci ilin mayında 150 ölkədən olan adi istifadəçilərin kompüterlərinə və şirkətlərin serverlərinə yayılıb.

Qeyd edilir ki, hazırda satış dayandırılıb. Mayın 28-də layihənin saytındakı sifariş bölümünü doldurmaqla və pay yerləşdirməklə hərracın iştirakçısı olmaq mümkün idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.