Çin ordusu “Windows”dan imtina edir

30-05-2019, 07:48           
Çin ordusu “Windows”dan imtina edir
Çin məmurları hərbçilərin kompüterlərinə “Windows” əməliyyat sisteminin quraşdırılmasından imtinaya dair qərar veriblər.

Onların fikrincə, ABŞ tərəfindən müdaxilə təhlükəsi yüksəkdir. “Microsoft”un proqram təminatının əvəzinə, şəxsi əməliyyat sistemindən istifadə nəzərdə tutulur.

Lakin yeni əməliyyat sistemi hələ işlənib hazırlanmalıdır. Həmçinin “Windows” sistemindən “Linux”a keçid təhlükəlidir, çünki Çin məmurları “Windows”, “Linux” sistemlərinə müdaxilə üçün ABŞ-ın böyük hücum arsenalından yaxşı xəbərdardırlar.

İnternetdə informasiya təhlükəsizliyi üzrə yeni qrup (Internet Security Information Leadership Group) yeni əməliyyat sisteminin işlənib hazırlanması ilə məşğul olacaq. Bu qrupa Çin Kommunist Partiyası birbaşa rəhbərlik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.