Qarabağlılar arasında silahlı mübarizə başladı

30-05-2019, 10:07           
Qarabağlılar arasında silahlı mübarizə başladı
Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayanın tərəfdarlarının yolu kəsilib və onlara tərəf atəş açılıb.

Axar.az xəbər verir ki, bu barədə Samvel Babayanın ofisindən informasiya yayılıb.

“29 may tarixində, təxminən 03:30 radələrində Sevan-Martuni yolunda Samvel Babayanın tərəfdarları qarabağlılara məlum olan dəstə tərəfindən təqib edilib. Onlar yolu kəsərək atəş açdılar. Videokameralar yolun bu hissəsində sözügedən dəstənin marafonunu qeydə alıb”, - bəyanatda bildirilib.

Bəyanatda söhbətin Qarabağ separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyanın himayədarlıq etdiyi gənclər Aleksey Balayan, Roland Aydinyan və Qriqor Mirzoyandan getdiyi qeyd olunub.

“İnsidentin Ermənistan ərazisində baş verdiyini, zərərçəkənlərin isə Ermənistan vətəndaşı olduğunu nəzərə alaraq, səlahiyyətli orqanları, xüsusən Milli Təhlükəsizlik Xidmətini bu dəstəni tapmağa və zərərsizləşdirməyə çağırırıq”, - bəyanatda yazılıb.

Bəyanat müəllifləri həmçinin hüquq-mühafizə orqanlarının tədbir görməyəcəyi halda “analoji tədbirləri görmək və eyni tərzdə cavab vermək”lə bağlı xəbərdarlıq ediblər.

Babayanın ofisindən həmçinin hadisəyə dair fotoları hüquq-mühafizə orqanlarına təhvil verməyə hazır olduqları açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru