“Hizbullah”ın 22 mərtəbəlik dərinlikdə super-tuneli aşkarlandı-FOTOLAR+VİDEO

30-05-2019, 12:38           
“Hizbullah”ın 22 mərtəbəlik dərinlikdə super-tuneli aşkarlandı-FOTOLAR+VİDEO
Dinc Fələstin müsəlmanlarını qətlə yetirməkdə davam edən və “Şimal Qalxanı" əməliyyatının son mərhələsinə hazırlaşan İsrail ordusu “Hizbullah” təşkilatının ən dərin tunelini aşkarlayıb.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, mayın 30-a keçən gecə dağıdılması planlaşdırılmış tunel 80 metr dərinlikdə(təxm. 22 mərtəbə qədər) yerləşir. Uzunluğu 1 km olan tunelin son 60 metri İsrail ərazisinə daxil olur. Bir neçə ildir tikilən tunel havalandırma sistemi ilə təchiz edilib, elektrik xətti çəkilib və əməliyyat zamanı İsrail ordusunun istifadə etdiyi xüsusi daxili rabitə sistemi qurulub. İnşaatçılar divarlara Quran ayələrindən ibarət qraffiti və eyni zamanda adlarını həkk ediblər.

Yəhudi hərbçilər “Hizbullah”ın bu tunelinin “Hamas” tunellərindən daha ciddi bir mühəndislik layihəsi olduğunu qeyd ediblər. Gecə tunelin girişinin betonla dolu 600 yük maşını vasitəsi ilə "möhür"ləndiyi bildirilib. Əməliyyatın yekunu barədə hələlik məlumat verilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru